Loqoları təqdim olundu – dünya çempionatlarının
15.12.2020 - 09:53
Beynəlxalq Voleybol Federasiyası (FİVB) növbəti dünya çempionatlarının loqosunu təqdim edib.
Apasport.az saytının məlumatına görə, 2022-ci ildə keçiriləcək kişilər və qadınlar arasında mundialların rəmzində bənzər element əks olunub.
Rəmzdə voleybolçunun yüksəyə tullanmasının yer alması dünya çempionatının yarışların zirvəsi olması anlamına gəlir. 2022-ci ildə kişilər arasında dünya çempionatı Rusiyada təşkil olunacaq. Niderlandla Polşa isə qadınların mundialına ev sahibliyi edəcək.
- Millimizdə baş məşqçi dəyişikliyi - RƏSMİ
- Millimiz Avropa Liqasına hazırlıqlara start verib
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Liqasının hazırlığına başlayıb
- 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb
- AVF-in rəsmisi Çempionlar Liqasının "Dördlər Finalı"nda
0
0