Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, VI turun qarşılaşmaları ilə ikinci dövrəyə start verilib.
Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunub. Öncə çempionatın liderləri “Neftçi” və “Murov” qarşılaşıblar. Gərgin keçən matçın qalibi tay-brekdə bəlli olub. “Neftçi” ilk 2 hissəni qazansa da, yekunda məğlub olub.
Eyni xala malik MOİK asan qələbə qazanıb. Ordu klubu “Sərhədçi”yə 3:1 hesabı ilə qalib gəlməklə vahid liderliyə yüksəlib.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçirilib.
Yüksək Liqa
VI tur
17 fevral
15:00. “Neftçi” - “Murov” - 2:3 (25:23,29:27, 15:25, 23:25, 10:15)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
17:00. MOİK - “Sərhədçi” - 3:1 (25:21, 23:25, 25:12, 25:18)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
|
1 |
MOİK |
5 |
4 |
1 |
13-5 |
434-375 |
12 |
|
2 |
Murov |
5 |
4 |
1 |
13-6 |
457-382 |
11 |
|
3 |
Neftçi |
5 |
3 |
2 |
12-7 |
442-396 |
10 |
|
4 |
Ekspress |
4 |
1 |
3 |
3-9 |
217-294 |
3 |
|
5 |
Sərhədçi |
5 |
0 |
5 |
1-15 |
298-401 |
0 |
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq