Azərbaycan yığmasının voleybolçusu Olena Həsənova özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı milliləşdirilmiş voleybolçu karyerasını Macarıstanda davam etdirəcək.
Ötən mövsümün sonunda Fransanın “Volero Le Kann” klubundan ayrılan blokçu “MCM-Diamant” klubu ilə razılıq əldə edib. O, ən azı mövsümün sonunadək Kapoşvar təmsilçisinin şərəfini qoruyacaq.
Maraqlıdır ki, yeni komandası 2014-cü ilin iyununda yığmamıza cəlb olunan Ukrayna əsilli voleybolçunu Həsənova kimi deyil, əvvəlki soyadı - Xarçenko kimi təqdim edib. Bu, zədə bəhanəsi ilə əsas komandamızın son yarışlarında iştirak etməyən blokçunun millidəki taleyinə bir qədər də kölgə salıb. Hər halda, Azərbaycan Voleybol Federasiyasının bu məsələni “Telekom”un yetirməsi ilə aydınlaşdıracağı proqnozlaşdırılır.

Qeyd edək ki, Həsənova bir qədər öncə Türkiyənin “Türk Hava Yolları” klubunda baxışda olub. Lakin sonradan Macarıstan təmsilçisi ilə anlaşıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq