Millimiz “quru hesablı” məğlubiyyətlə başladı – Avropa çempionatına
20.08.2021 - 20:18
Millimiz “quru hesablı” məğlubiyyətlə başladı – Avropa çempionatına

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında ilk oyununa çıxıb. 

Apasport.az saytının məlumatına görə, komandamız dörd ölkənin – Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın ev sahibliyi etdiyi qitə birinciliyinin final mərhələsində Belçika yığması ilə üz-üzə gəlib. 

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri startda acınacaqlı məğlubiyyətə üzülüblər. İlk hissədə 12 top fərqilə uduzan voleybolçularımız ikinci setdə hissəboyu hesabda öndə olsalar da, yekunda sevinən tərəf rəqib olub – 26:24. 

Üçüncü hissə isə sonuncu olub. Sadə səhvlərə yol verən milli üzvləri bu dəfə də ilk setdəki kimi 13:25 hesabı ilə uduzub. Nəticədə komandamız 9-cu dəfə qatıldığı Avropa çempionatına “quru hesablı” məğlubiyyətlə başlayıb. 

Qrupumuzun digər görüşündə Rusiya Fransa ilə üz-üzə gələcək. İlk matçda isə Serbiya Bosniya və Herseqovina üzərində 3:0 hesabı ilə qələbə qazanıb. 

Qeyd edək ki, komandamızın növbəti turda rəqibi Bosniya və Herseqovina olacaq. Qrupda ilk 4 pillədə qərarlaşacaq komandalar mərhələ adlayacaqlar.

20 avqust
19:00. Azərbaycan – Belçika - 0:3 (13:25, 24:26, 13:25)
Hakimlər:
Aleksandros Milonakis (Yunanıstan), Aqnes Batkay-Katona (Macarıstan) 
Azərbaycan: 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova, 2. Yana Doroşenko, 14. Kristina Besman, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 15. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 7. Olena Xarçenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 10. Marqarita Stepanenko, 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk
Belqrad. “Stark Arena”
 

0