Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Qızıl Avropa Liqasındakı ev oyunlarını keçirəcəyi yer müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, millimiz rəqiblərini Bakı İdman Sarayında qəbul edəcək.
Uzun illər azarkeşlərini bu arenadakı uğurları ilə sevindirən voleybolçularımız son vaxtlar başqa məkana köçmüşdü.
Bir müddət həm oyun, həm məşqlərini Azərbaycan Voleybol Mərkəzində gerçəkləşdirən yığma buranın profilini dəyişməsi üzündən doğma meydansız qalıb. Bu səbəbdən də milli Bakı İdman Sarayına qayıdıb.
Qeyd edək ki, yığmamız C qrupunda Macarıstan, Rumıniya və Ukrayna ilə mübarizə aparacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq