16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda son görüşünü Latviyaya qarşı keçirib.
A qrupunda yer alan voleybolçularımız Ukrayna, Gürcüstan və Rusiyanın ardınca bu rəqibə də uduzub. Latviyalılar komandamıza set vermədən qalib gəliblər – 3:0 (25:12, 25:18, 25:15).
Beləliklə, 4 matçda cəmi bir hissədə qalib gələn və xalsız qalan millimiz AVRO-2020-yə seçmə statusu da daşıyan çempionatda qrup mərhələsini sonuncu yerdə başa vurub.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq