Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kişi həndbolçular arasında “İHF/EHF Trophy 2021” turniri başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının son oyun günündəki qarşılaşması baş tutmayıb.
Millimiz qrup sonuncularının iki oyundan ibarət duelində Andorra ilə görüşməli idi. 5-6-cı yerlər uğrunda ilk matç rəqibin heyətində koronaviursa yoluxan həndbolçu olduğundan baş tutmayıb. Sonuncu yer sahibinin bir oyunda müəyyənləşməsi qərara alınsa da, həmin görüş də keçirilməyib. Andorralıların heyətində müsbət test verənlərin olması millimizi oynamadan sonunculuqdan qurtarıb. Vidadi Əliyevin yetirmələri turniri 5-ci, Andorra 6-cı yerdə tamamlayıb.
Turnirin qalibi adına finalda Kipri yenən Gürcüstan layiq görülüb. Bu iki komanda ilə yanaşı, Moldovanı yenərək 3-cü olan Bolqarıstan da AVRO-2024-ün seçmə mərhələsinə yüksəlib.
Qeyd edək ki, yığmamız qrupda Gürcüstana 16:36, Moldovaya 16:28 hesabı ilə uduzub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq