Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Onat Kurtun yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək.
Kurt Türkiyənin kişilərdən ibarət voleybol yığmasında fəaliyyət göstərəcək. Türkiyə Voleybol Federasiyası ilə anlaşan mütəxəssis “ay-ulduzlular”ın meneceri təyin edilib.
Qeyd edək ki, millimizin sabiq voleybolçusu Oksana Kurtun həyat yoldaşı olan mütəxəssis son 9 ili ölkəmizdə çalışıb. O, Azərbaycan Voleybol Federasiyası, qadınlardan ibarət yığma və “Azərreyl” klubunda müxtəlif vəzifələrdə işləyib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq