Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk tur çərçivəsində Macarıstanın “Vaşaş” klubunda oynayan Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova da meydana çıxıb.
Onun komandası səfərdə İtaliya “Konegliano”su ilə üz-üzə gəlib. Görüş “Vaşaş” üçün yaxşı başlasa da, onlar yekunda 1 xalla kifayətləniblər - 2:3 (25:21, 20:25, 10:25, 25:23, 4:15).
5 setin hər birində meydanda olan Abduləzimova komandasına 5 xal qazandırıb.
Qeyd edək ki, “Vaşaş”ın yer aldığı D qrupunda “Konegliano” ilə yanaşı, “Alba” (Rumıniya) və “Nant” (Fransa) klubları yer alıblar.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq