AVRO-2021-in seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisinin heyəti açıqlanıb.
APA-nın məlumatına görə, sentyabrın 6-da Milan Obradoviçin yetirmələri ilə görüşəcək slovakiyalıların heyətinə 23 futbolçu çağırılıb.
Baş məşqçi Adrian Qula daha 16 oyunçunu ehtiyat üçün elan edib. Onlar komanda yoldaşları zədələnəcəyi halda milliyə qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı “Dalğa Arena”da keçiriləcək.
Qapıçılar: Martin Vantruba (Pohronie), Frederik Valach (Petrjalka), David Şipoş (Nitra);
Müdafiəçilər: Dominik Şpiryak (Erqotelis), Kristian Vallo (Jilina), Martin Şulek (Trençin), Adam Kopas (Jilina), Martin Bednar (Streda),
Matey Oravets (Streda), İvan Mesik (Spartak T), Branislav Sluka (Jilina), Aleksander Mojziş (Rujomberok);
Yarımmüdafiəçilər: Martin Adamets (Odra), Adam Brankus (Rujomberok), Kristian Herk (Viktoriya), Peter Kolesar (Zemplin), Yan Bernat (Jilina), Martin Koval (Zlate Moravçe), Mihal Tomiş (Jilina), Yakub Şvets (Zlate Moravçe);
Hücumçular: Lubomir Tupta (Verona), Ladislav Almasi (Petrjalka), David Streles (Slovan)
Ehtiyat oyunçular: qapıçılar - Adrian Slançik (Streda), Samuel Petraş (Jilina), müdafiəçilər - Adrian Slavik (Trençin), Samuel Kozlovski (Slovan), yarımmüdafiəçilər - Peter Pokorni (Lieferinq), Martin Qamboş (Spartak T), Yakub Sedlaçek (Pohronie), Kristian Lukaçik (Sered), Yozef Şpirka (Jeleziarne Podbrezova), Jakub Kadak (Trençin), Kristian Mihalek (Spartak T), Denis Baumqartner (Senitsa), Marian Çobot (Nitra), hücumçular - David Duriş (Jilina), Marek Fabri (Nitra), Martin Rimarenko (Şamorin)