Qadın voleybolçulardan ibarət Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
APA-nın məlumatına görə, “narıncıların” “sükanı” Azərbaycan yığmasının sabiq baş məşqçisi Covanni Kapraraya həvalə edilib.
İtaliyalı mütəxəssis bu postda istefaya göndərilən amerikalı Ceymi Morrisonu əvəzləyib. Onun qarşısına əsas məqsəd kimi Avropa Olimpiya Təsnifat Turnirində uğurlu çıxış qoyulub.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 2020-ci ilin yanvarında Niderlandın Apeldorn şəhərində baş tutacaq. A qrupunda Azərbaycan, Polşa və Bolqarıstanla oyun ev sahibləri üçün yeni baş məşqçi ilə ilk ciddi sınaq olacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq