Polina Rəhimova: “Pis dövrlər idi”
16.05.2022 - 16:06
Polina Rəhimova: “Pis dövrlər idi”

“Bir neçə gün əvvəl 2021/22 mövsümü başa çatdı. Mən İtaliyadan yeni mükafat və medallar gətirmədim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova deyib.

Başa çatan mövsümü A seriyası təmsilçisi “Kasalmaggiore”də keçirən hücumçu İtaliyadan əliboş qayıdıb. Uğursuz mövsümə üzülən Polina karyerasının yaxşı dönəmini yaşamadığını gizlətməyib: “Amma bu bir mövsüm yaxşı təcrübə oldu. Baxmayaraq ki, həqiqətən də pis dövrlər idi. Hamıya təşəkkür edirəm. İrəli doğru davam edin”.

Qeyd edək ki, Rəhimovanın komandası mövsümü 14 komanda arasında 11-ci yerdə başa vurub.

0