Püşk Yunanıstan klubunu rəqib etdi – Bakı təmsilçisinə
21.07.2021 - 10:01
Həndbol üzrə avrokubokların 2021/22 mövsümünün püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, qitə səhnəsindəki yeganə Azərbaycan təmsilçisinin də rəqibi bəlli olub.
Avropa kubokunda çıxış edəcək qadınlardan ibarət “Azəryol” 2-ci raunddan mübarizəyə başlayacaq. Bakı klubu Yunanıstan təmsilçisi “AEP Panorama” ilə görüşəcək.
“Azəryol” ilk oyunu oktyabrın 16-17-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonraya planlaşdırılıb.
- Yelena Parxomenko ilk dəfə beynəlxalq oyuna təyinat alıb
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar
- Azərbaycan Yüksək Liqasında IV tura bu gün yekun vurulacaq
- Yüksək Liqa: "Murov Az Terminal"dan inamlı qələbə
- "Gəncə" voleybolçusu ilə müqavilə müddətini uzadıb
0
0