Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində son matçına çıxan yığmamız Gürcüstanla qarşılaşıb.
Monteneqroda keçirilən II dövrənin son oyun günündəki görüş hər iki komanda üçün formal xarakter daşıyıb. AVRO-2021-ə yüksəlmək şansını itirən autsayderlərin oyununu yenə voleybolçularımız aktivinə yazıblar. Millimiz qrupda gürcülər üzərində 2-ci qələbəni qazanmaqla xalını 6-ya yüksəldib. Bu, Pərviz Səmədovun rəhbərlik etdiyi komandanın qrupu 3-cü yerdə bitirməsi ilə nəticələnib.
Qeyd edək ki, final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş 2-ci yer sahibi yüksələcək.
AVRO-2021-in seçmə mərhələsi
F qrupu, II dövrə
VI tur, 16 may
19:00. Azərbaycan – Gürcüstan - 3:0 (25:13, 25:17, 25:17)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Boqdan Laurentiu Stoyka (Rumıniya)
Podqoritsa. “Verde” İdman Kompleksi
|
1 |
Yunanıstan |
5 |
5 |
0 |
15-2 |
14 |
|
2 |
Monteneqro |
5 |
4 |
1 |
14-5 |
13 |
|
3 |
Azərbaycan |
6 |
2 |
4 |
8-12 |
6 |
|
4 |
Gürcüstan |
6 |
0 |
6 |
0-18 |
0 |
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq