Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra AHF-nin İdarə Heyətinə yeni seçki keçirilib. 2016-cı ildən federasiyanın rəhbəri vəzifəsini icra edən Saleh Məmmədov yenidən qurumun prezidenti seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.
Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentləri seçiliblər. Konfransda Həndbol Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv seçiliblər.