“Azərreyl” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Slovakiya milli komandasının voleybolçusu Romana Hudeçova ilə danışıqları müsbət yekunlaşdırıb.
27 yaşlı, 178 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü Albaniyanın “Partizani” klubunda keçirib. Hudeçova daha öncə “Nitra”, “Slaviya” və “Strabak” komandalarının şərəfini qoruyub.
Hücumçu 3 dəfə Slovakiya çempionu, 1 dəfə ölkə kubokunun sahibi olub. O, 2010-cu ildən Slovakiyanın gənclər, 2013-cü ildən əsas yığmasının formasını geyinir.
Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene ilə müqavilə bağlayıb.