Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XIX turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, turun matçları “Murov” Voleybol Klubunun idman zalında baş tutub.
Günün ilk görüşündə “Murov” “Sərhədçi” ilə qarşılaşıb. Bu qarşılaşmanın favoriti olan Azərbaycan çempionatının lideri üç setdə qələbə qazanıb. “Murov” bu üç xalla qızıl medalları təmin edib.
Günün ilk matçından sonra gümüş mükafatı rəsmiləşən “Neftçi” “Ekspress” üzərində quru hesablı qələbəyə sevinib. Bu qarşılaşmadan sonra çempionatın bütün komandalarının mövqeyi bəlli olub.
Bu tur istirahət edən MOİK üçüncü yeri öncədən təmin etmişdisə, “Ekspress”in məğlubiyyəti 4-5-ci yerlərin taleyinə də aydınlıq gətirib. Mövsümdəki son matçında da uduzan “Ekspress” “Sərhədçi”ni keçmək şansını itirərək çempionatı 5-ci pillədə başa vurub. Bununla da sonuncu turun qarşılaşmaları formallığa çevrilib.
Yüksək Liqa
XIX tur
15 aprel
15:00. “Sərhədçi” - “Murov” - 0:3 (12:25, 8:25, 15:25)
“Murov” Voleybol Klubunun idman zalı
17:00. “Neftçi” - “Ekspress” - 3:0 (25:15, 25:14, 25:23)
“Murov” Voleybol Klubunun idman zalı
1 |
Murov |
15 |
14 |
1 |
43-7 |
1234-905 |
41 |
2 |
Neftçi |
15 |
12 |
3 |
39-14 |
1262-982 |
36 |
3 |
MOİK |
15 |
8 |
7 |
28-23 |
1143-1078 |
25 |
4 |
Sərhədçi |
15 |
2 |
13 |
9-40 |
863-1208 |
6 |
5 |
Ekspress |
16 |
2 |
14 |
7-42 |
862-1192 |
6 |