Super Liqada gümüş sahibini tapdı
05.04.2022 - 17:19
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir mükafatın sahibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Azərreyl” gümüş medallara yiyələnib.
Bu, çempionatın X turunda rəsmiləşib. İzləyicisi “Murov”a 3:0 hesabı ilə qalib gələn voleybolumuzun flaqmanı xal hesabını 17-yə çatdırıb.
Sona iki tur qalmış üçüncü pillədən 9 xal uzaqlaşan “Azərreyl” bununla da ikinciliyi təmin edib. Çempionluq şansını hələ ötən tur bitirən komanda üçün “Abşeron” əlçatmazdır.
Qeyd edək ki, dörd komandanın yarışdığı Super Liqada bürünc medala “Murov” və UNEC iddia edir.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0