Tura “Neftçi” başlayacaq
08.02.2022 - 14:20
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq.
Fevralın 12-də isə V turun matçları keçiriləcək. Günə saat 15:00 –da “Neftçi” - “Sərhədçi” qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – “Ekspress” matçı başlayacaq.
Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0