Türkiyədə baş məşqçi oldu - yığmamızın sabiq oyunçusu
14.07.2020 - 10:09
Türkiyədə baş məşqçi oldu - yığmamızın sabiq oyunçusu

Azərbaycan millisinin sabiq voleybolçusu İnessa Qorxmaz özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, veteran blokçu Türkiyənin “Böyükçekmece” klubunun baş məşqçisi təyin edilib. 

O, I liqada mübarizə aparan komandanın Voleybol Akademiyasının əsas çalışdırıcısı olmaqla yanaşı, aşağı yaş qrupuna da nəzarət edəcək. 

Qeyd edək ki, əslən Rusiyadan olan və bu komanda ilə iki dəfə Avropa çempionu adını qazanan 48 yaşlı Qorxmaz 2004-2007-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub. O, 2001-2004-cü illərdə isə “Azərreyl”də oynayıb. 
 

0
İnessa Qorxmaz baş məşqçi Böyükçekmece