Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, ardıcıl 9-cu dəfə qitə çempionatına qatılan Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Bosniya və Herseqovinanı sınağa çəkib. Qrupun iki ən zəif yığmasının görüşü sonuncu olmamaq uğrunda prinsipiallıq daşısa da, təmsilçimiz biabırçı məğlubiyyətdən qaça bilməyib. Avropa çempionatının debütantı voleybolçularımıza set vermədən qalib gəliblər. Nəticədə millimiz sonuncu pilləyə yuvarlanıb.
Qeyd edək ki, hər qrupdan 4 ən yaxşı komanda 1/8 finala yüksələcək.
AVRO-2021
Qrup mərhələsi
A qrupu, II tur
21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina - 0:3 (14:25, 23:25, 17:25)
Belqrad. “Ştark Arena”
yer |
komanda |
Q |
M |
X |
S/F |
T/F |
1 |
Serbiya |
1 |
0 |
3 |
3-0 |
75-43 |
2 |
Belçika |
1 |
0 |
3 |
3-0 |
76-50 |
3 |
Rusiya |
1 |
0 |
3 |
3-1 |
89-82 |
4 |
Bosniya və H. |
1 |
1 |
3 |
3-3 |
118-129 |
5 |
Fransa |
0 |
1 |
0 |
1-3 |
82-89 |
6 |
Azərbaycan |
0 |
2 |
0 |
0-6 |
104-151 |