Yığmamız sondan ikinci yerdə – Avropa çempionatında
18.08.2021 - 00:07
Yığmamız sondan ikinci yerdə – Avropa çempionatında

Qadın voleybolçular arasında Avropa çempionatının favoritləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları yarışın 24 iştirakçısının çempionluq şansını müəyyənləşdirib.

Serbiya millisi qızıl medala əsas namizəddir. Balkanlıların çempionluq əmsalı 3,20-dir.

İtaliya bu göstəricidə ikinci yerdədir – 4,20. Qardaş Türkiyə millisi AVRO-2021-in üçüncü favoriti sayılır – 6,00.

Azərbaycan millisi 24 komanda arasında 22-23-cü yerləri bölüşür. Yığmamız İsveçlə eyni göstəriciyə malikdir – 2000. Bu iki komanda yalnız Bosniya və Herseqovinanı qabaqlayır. Sonuncuların çempionluğuna 3000 əmsal verilir.

Voleybolçularımız adətən rəsmi matçlarda məğlub etdiyi Slovakiya, Ukrayna, Finlandiya kimi rəqiblərdən də geri qalır.

Maraqlıdır ki, ən şanslı Serbiya və autsayder Bosniya və Herseqovina yığmamızla eyni – A qrupunda yer alıb. Buradakı digər komandalardan Rusiya 7,00,  Belçika 20,0, Fransa 250 əmsala malikdir.
 

0