Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, millimiz AVRO-2021-in seçmə mərhələsinin II turunda Gürcüstanla qarşılaşıb.
F qrupunda mübarizə aparan baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri I dövrənin ev sahibi üzərində asan qələbə qazanıb. Yığmamız qrupun autsayderini üç setdə məğlubiyyətə uğradıb.
İlk turda Monteneqroya 1:3 hesabi ilə uduzan komandamız bununla da aktivinə ilk xalları yazıb. Millimiz ilk dövrənin son turunda qrupun lideri Yunanıstanla qarşılaşacaq.
Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunda 1-ci yeri tutan komandalar, həmçinin ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 yığma dörd ölkədə təşkil olunacaq AVRO-2021-ə yüksələcək.
AVRO-2021-in seçmə mərhələsi
F qrupu
II tur, 8 may
18:30. Azərbaycan – Gürcüstan – 3:0 (25:20, 25:22, 25:15)
Hakimlər: Erdal Akıncı (Türkiyə), Vladimir Oleynik (Rusiya)
Tbilisi. Yeni Voleybol Arenası
1 |
Yunanıstan |
2 |
2 |
0 |
6-2 |
5 |
2 |
Monteneqro |
2 |
1 |
1 |
5-4 |
4 |
3 |
Azərbaycan |
2 |
1 |
1 |
4-3 |
3 |
4 |
Gürcüstan |
2 |
0 |
2 |
0-6 |
0 |