Yığmamızın oyunlarına təyinatlar – 4 ölkədən
12.04.2021 - 22:38
Yığmamızın oyunlarına təyinatlar – 4 ölkədən

Kişi voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin F qrupunun I dövrəsinin hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Gürcüstanda keçiriləcək qarşılaşmalara 4 hakim təyinat alıb.

Azərbaycan yığmasının Monteneqro, Gürcüstan və Yunanıstanla görüşlərini də bu 4 ədalət təmsilçisi idarə edəcək. Referilər Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanı təmsilçiləridir.

Qeyd edək ki, I dövrənin oyunları mayın 7-9-da keçiriləcək.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I tur, 7 may
15:30. Azərbaycan – Monteneqro
Hakimlər:
Dobromir Dobrev (Bolqarıstan), Erdal Akıncı (Türkiyə)
Tbilisi. Yeni Voleybol Arenası

II tur, 8 may
18:30. Azərbaycan – Gürcüstan
Hakimlər:
Erdal Akıncı (Türkiyə), Vladimir Oleynik (Rusiya)
Tbilisi. Yeni Voleybol Arenası

III tur, Yunanıstan – Azərbaycan
Hakimlər:
Dobromir Dobrev (Bolqarıstan), Mixail Medved (Ukrayna)
Tbilisi. Yeni Voleybol Arenası
 

0