Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qadınlar arasında Çempionlar Liqasının "Dördlər Finalı"nda CEV nümayəndəsi kimi iştirak edir.
Apasport.az xəbər verir ki, Cəfərov Türkiyənin İstanbul şəhərində təşkil olunan nüfuzlu turnir zamanı hakimlərin və supervayzerin fəaliyyətini qiymətləndirir, oyunların beynəlxalq standartlara uyğun təşkili və idarə olunmasına nəzarət edir.
Qeyd edək ki, "Dördlər Finalı" Avropanın ən güclü qadın voleybol klublarının mübarizə apardığı mötəbər yarışlardan biridir. Bu il həlledici mərhələdə İtaliyanın "Konelyano" və "Skandiççi", həmçinin Türkiyənin "VakıfBank" və "Eczacıbaşı" komandaları çempionluq uğrunda mübarizə aparırlar.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər