AVF rəsmisi avrokubokun finalına təyinat aldı
27.02.2024 - 11:03
AVF rəsmisi avrokubokun finalına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov avrokubokun finalına təyinat alıb.

Apasport.az xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi kimi meydana çıxacaq.

C.Cəfərov Fransanın “Neptunes NANTES” və İtaliyanın “Igor Gorgonzola NOVARA” klublarının qarşılaşmasında CEV-in nümayəndəsi olaraq hakimlərin və supervayzerin işini qiymətləndirəcək.

Bu görüşün ədalət təmsilçiləri monteneqrolu Jelena Mitrovic və polşalı Wojciech Maroszek olacaq. Matç fevralın 28-də “Salle Sportive Métropolitaine REZE” arenasında keçiriləcək.

Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin quru hesablı qələbəsi ilə yekunlaşıb.

0