AVF rəsmisi Qızıl Avropa Liqası oyunlarına təyinat alıb
                    
                    06.06.2025 - 14:24
                        
                     
                    Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova kişi voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqası oyunlarına təyinat alıb.
Apasport.az xəbər verir ki, AVF rəsmisi 6-8 iyun tarixlərində Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            