AVRO-2025: 59 ildən sonra ev sahibi olacaq
06.12.2022 - 10:58
AVRO-2025: 59 ildən sonra ev sahibi olacaq

Kişi voleybolçular arasında AVRO-2025-ə ev sahibliyi edəcək ölkələrdən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyası açıqlayıb.

Yarışın qruplarından birinin matçları Rumıniyada keçiriləcək. 1963-cü ildə həm kişilərin, həm qadınların qitə çempionatını qəbul edən balkanlılar 59 ildən sonra yarışın təşkilatçılarından olacaq.

AVRO-2025 dörd ölkədə keçiriləcək. Digər üç meydan sahibi yaxın müddətdə dəqiqləşəcək.

Qeyd edək ki, 2023-cü ildəki Avropa çempionatına İtaliya, Bolqarıstan, Şimali Makedoniya və İsrail ev sahibliyi edəcək.
 

0