Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq.
İstanbuldakı “Sinan Erdem” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisi C qrupunda keçirdiyi oyunlardan sonra 8 xal toplayaraq üçüncü pilləni tutub və pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, Türkiyə millisi A qrupunu 13 xalla ikinci pillədə başa vurub. Daniele Santarellinin komandası Latviya (3:0), Sloveniya (3:1), Macarıstan (3:0) və Almaniyaya (3:1) qalib gəlib, yalnız Polşaya 2:3 hesabı ilə uduzub.