Azərbaycan birinciliyinə start verilir
22.12.2023 - 13:31
Azərbaycan birinciliyinə start verilir

Dekabrın 23-də 16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyi start götürəcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyası açıqlayıb.

Yarışda 18 komanda iştirak edəcək. Reqlamentə əsasən, komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

A qrupu: “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.

B qrupu: “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.

23 dekabr
A qrupu
11:00. “Azərreyl-3” - “Azərreyl-1” (AVF-nin idman zalı)

24 dekabr
10:00. “Aura” - “Lokomotiv” (AVF-nin idman zalı)
11:00. “Xarı Bülbül-2” - “Sumqayıt” (UNEC-in idman zalı)
11:30. “Abşeron” - “Milli Aviasiya Akademiyası” (AVF-nin idman zalı)

B qrupu
12:30. “Murov Az Terminal” - “Bakı klubu” (UNEC-in idman zalı)
13:00. “Azərreyl-4” - “Xarı Bülbül-1” (AVF-nin idman zalı)
14:00. “Zəngəzur” - “Dinamo” (UNEC-in idman zalı)
 

0