Azərbaycan çempionatında finalçılar bilindi
06.04.2023 - 20:38
Azərbaycan çempionatında finalçılar bilindi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar bəlli olub.

Apasport.az xəbər verir ki, həlledici oyunda "Murov" və "Xarı bülbül" komandaları üz-üzə gələcəklər.

Sözügedən kollektivlər finala gedən yolda müvafiq olaraq, MOİK və "Neftçi"ni mübarizədən kənarlaşdırıblar.

Yarımfinalın ilk matçında MOİK-i üstələyən "Murov" ikinci görüşdən də qələbə ilə ayrılıb - 3:0 (25:20, 25:15, 25:20). "Xarı Bülbül" isə "Neftçi"yə 3:2 (25:19, 18:25, 25:27, 25:19, 15:10) hesabı ilə qalib gəlib.

Yarımfinalda uduzan komandalar bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

0