Azərbaycan çempionatının adı dəyişdirildi
14.12.2022 - 13:01
Azərbaycan çempionatının adı dəyişdirildi

Qadın voleybolçular arasında Azərbaycan çempionatının adı dəyişdirilib. 

Apasport.az saytının məlumatına görə, 2022/2023 mövsümündə yarışın adı Yüksək Liqa adlanacaq. 

Çempionat bunadək Super Liqa adı altında keçirilirdi. Birincilikdə “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları mübarizə aparacaqlar. Çempionat 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, qalib qələbə sayına əsasən müəyyənləşəcək. 

Qeyd edək ki, kişilərin çempionatı da Yüksək Liqa adlanır. 
 

0