Azərbaycan çempionatının oyunu təxirə salındı
10.02.2023 - 21:07
Azərbaycan çempionatının oyunu təxirə salındı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi”lə üz-üzə gəlib. Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib – 25:23, 25:18. 

Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” – "Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb Hakimlər Kollegiyasının Azərbaycan Voleybol Federasiyasının (AVF) yarışların keçirilməsi üzrə Nizam-İntizam Komissiyasına ünvanladığı müraciət olub. Müraciətdə V turda keçirilən “Xarı bülbül” – “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub.

Həmin müraciətə  fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq. 

VI tur
 MOİK - “Neftçi” 0:3 (18:25, 23:25, 18:25)
“Xarı bülbül” – “Murov” (təxirə salınıb)

Turnir cədvəli
1. “Murov” 14 xal
2. “Xarı bülbül” 9 xal
3. “Neftçi” 9 xal
4. MOİK 1 xal

0