Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün növbəti avrokubok oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Çelenc kubokunda 1/32 final mərhələsinin cavab matçına çıxıb.
Fərid Cəlalovun yetirmələri Xorvatiyanın “Kitro Varazdin” klubunu qəbul edib. Bir gün əvvəl baş tutan ilk qarşılaşma kimi bu görüş də Bakıdakı Voleybol Mərkəzində təşkil olunub. İlk oyundan 3:0 hesablı qələbə ilə ayrılan voleybolçularımız bu dueli də aktivinə yazıb (3:1) və 1/16 finala yüksəlib.
Qeyd edək ki, “Murov” növbəti mərhələdə Avstriyanın “Qrats” klubu ilə görüşəcək. 1/16 final mərhələsinin matçları noyabrın 8-də və 16-da keçiriləcək. Azərbaycan çempionu ilk qarşılaşmanı evdə keçirəcək.
Çelenc kuboku
1/32 final, cavab oyunu
18:00. “Murov” (Azərbaycan) - “Kitro Varazdin” (Xorvatiya) 3:1 (23:25, 25:18, 25:20, 25:17)
Bakı Voleybol Mərkəzi
İlk oyun – 3:0
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq