Azərbaycan çempionu avrokubokla vidalaşdı – YENİLƏNİB
15.12.2022 - 19:34
Azərbaycan çempionu avrokubokla vidalaşdı – YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/8 final mərhələsinin cavab matçına çıxıb.

Təmsilçimiz Niderlandın “Orion” klubu ilə üz-üzə gəlib. 2 həftə əvvəl səfərdə 1:3 hesabı ilə uduzan Bakı təmsilçisi duelin taleyini “Qızıl set”ə daşımaq üçün görüşü tay-brekə qədər qələbə ilə bitirməli idi. Lakin "Murov" yenə eyni hesabla uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, “Murov” 1/32 finalda “Kitro”nu (Xorvatiya), 1/16 finalda "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb. 

Çelenc kuboku
1/8 final, cavab oyunu
15 dekabr
18:00. "Murov" (Azərbaycan) – “Orion” (Niderland) - 1:3 (23:25, 25:22, 23:25, 22:25)

Bakı. Voleybol Mərkəzi
İlk oyun – 1:3 (27:29, 25:19, 12:25, 19:25)
 

0