Azərbaycan çempionu Niderland klubuna uduzdu - YENİLƏNİB
02.12.2022 - 00:50
Azərbaycan çempionu Niderland klubuna uduzdu - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" bu gün növbəti avrokubok matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/8 final mərhələsində ilk görüşünü keçirib. 

Təmsilçimiz Niderlandın “Orion” klubu ilə üz-üzə gəlib. Əvvəlki 2 mərhələdə asan qələbə qazanan "Murov" bu dəfə ciddi müqavimətlə üzləşib və 1:3 hesabı ilə uduzub. 

Komandalar arasında cavab oyunu dekabrın 15-də Bakıda olacaq. 

Qeyd edək ki, “Murov” 1/32 finalda “Kitro Varazdin”i (Xorvatiya), 1/16 finalda "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb. 

Çelenc kuboku
1/8 final, ilk oyunu
1 dekabr
23:00. “Orion” (Niderland) - "Murov" (Azərbaycan) 3:1
(29:27, 19:25, 25:12, 25:19)
Dutinhem, SaZa Top İdman Zalı
 

0