Azərbaycan çempionu növbəti “quru hesablı” qələbə ilə 1/8 finalda 
09.11.2022 - 19:19
Azərbaycan çempionu növbəti “quru hesablı” qələbə ilə 1/8 finalda 

Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" bu gün növbəti avrokubok matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/16 finalın cavab oyununu keçirib.

Təmsilçimiz  Avstriyanın "Qrats" klubu ilə görüşüb. Bir gün öncə Bakı Voleybol Mərkəzinə nominal qonaq qismində çıxan “Murov” 3:0 hesabı ilə üstələdiyi rəqibi yenə məğlub edib. Komandamız bu dəfə də “quru hesablı” qələbəyə sevinərək 1/8 finala yüksəlib. 

Təmsilçimiz növbəti görüşündə “Stroossen” (Lüksemburq) – “Orion” (Niderland) cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, Azərbaycan çempionu 1/32 finalda “Kitro Varazdin”a (Xorvatiya) da hər iki matçda qalib gəlib. 

Çelenc kuboku
1/16 final, cavab oyunu
9 noyabr
18:00. "Murov" (Azərbaycan) - "Qrats" (Avstriya) - 3:0 (25:13, 25:12, 25:23)

Bakı Voleybol Mərkəzi
İlk oyun - 3:0
 

0