Voleybol üzrə Çempionlar Liqası, CEV Kuboku və Çelenc Kubokunun püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının rəqibləri müəyyənləşib.
Yeni mövsümdə ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək. Son ölkə çempionları olan “Turan” və “Xilasedici” Çempionlar Liqasında, gümüş mükafatçılar “DH Volley” və “ORDU” isə Çelenc Kubokunda mübarizə aparacaq.
Qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq. Təmsilçimiz bu mərhələdə Xorvatiyanın “Mladost Zagreb” klubu ilə qarşılaşacaq. İlk oyun 20–22 oktyabr, cavab görüşü isə 27–29 oktyabr tarixlərində keçiriləcək.
Kişilərdən ibarət “Xilasedici” də yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Azərbaycan çempionunun rəqibi Portuqaliyanın “Sporting CP Lisboa” komandası olacaq. İlk görüş 3–5 noyabr, cavab matçı isə 10–12 noyabr tarixlərində baş tutacaq.
Çelenc Kubokunda çıxış edəcək “DH Volley” yarışın 1/32 final mərhələsində Danimarkanın “Holte IF”, “ORDU” isə Norveçin “Forde VBK” klubu ilə üz-üzə gələcək.
“DH Volley” ilk oyununu 27–29 oktyabr, cavab qarşılaşmasını isə 3–5 noyabr tarixlərində keçirəcək. “ORDU” isə ilk matçına 10–12 noyabr, cavab görüşünə isə 17–19 noyabr tarixlərində çıxacaq.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər