Azərbaycan millisi Şərqi Avropa çempionatında
25.12.2023 - 13:56
Azərbaycan millisi Şərqi Avropa çempionatında

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

3-7 yanvar 2024-cü il tarixlərində Litvanın Şaulyay şəhərində keçiriləcək yarışda komandamızın oyunlarının təqvimi belədir:

3 yanvar
14:00. Azərbaycan – Estoniya
4 yanvar
14:00. Azərbaycan – Latviya
5 yanvar
16:30. Azərbaycan – Ukrayna
6 yanvar
19:00. Azərbaycan – Litva
7 yanvar
16:30. Azərbaycan - Polşa
 

0