Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
03.08.2022 - 10:28
Avropa çempionatının (AVRO-2023) təsnifat mərhələsində çıxış edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yarışda baş məşqçi Pərviz Səmədovun sərəncamında 14 voleybolçu olacaq.
Bunlar Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyevdir.
Qeyd edək ki, millimiz təsnifat mərhələsində ilk oyununu bu gün Danimarkaya qarşı keçirəcək.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0