Azərbaycan millisinin üzvü finalda
24.03.2025 - 17:21
Azərbaycan millisinin üzvü finalda

Azərbaycan millisinin voleybolçusu Aleksandr Melnikov daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, o, “Korona Braşov”un heyətində Rumıniya çempionatının finalına yüksəlib.

Onun çıxış etdiyi komanda “Krayova”nı 3:1 hesabı ilə məğlub edib.

Həmin qarşılaşmada Melnikov 21 xal toplayıb. Bununla da, yığmanın üzvü bombardir olub.

Qeyd edək ki, "Korona Braşov" həlledici dueldə Buxarest “Dinamo”su ilə qarşılaşacaq.