Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millinin üzvləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Görüşdə federasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər.
Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib. Yığmaya Avropa Liqasında uğurlar arzulanıb, voleybolçuların ölkəmizi layiqincə təmsil edəcəklərinə və uğurlu nəticə qazanacaqlarına inam ifadə olunub.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər