Azərbaycan yığmaları irəlilədi – reytinq açıqlandı
09.01.2023 - 18:07
Azərbaycan yığmaları irəlilədi – reytinq açıqlandı

Voleybol üzrə milli komandaların FİVB reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmalarının dünya reytinqindəki mövqeyi bəlli olub.

Kişi voleybolçularımız planetin 49-cu komandasıdır. Hesabında 83 xal olan yığmamız ötən cədvəllə müqayisədə 2 pillə irəliləyib.

Siyahıya Polşa başçılıq edir – 389 xal. İtaliya 369 xalla ikinci, Fransa 368 xalla üçüncüdür.

Qadınlardan ibarət Azərbaycan millisi daha yüksək mövqedə qərarlaşıb. Yığmamız 103 xalla 39-cudur. Komandamız 3 pillə irəliləyişə nail olub.

Xanımların siyahısında Serbiya başçılıq edir – 393 xal. İtaliya liderdən 2, Braziliya isə 12 xal geri qalır.
 

0