Azərbaycan yığmaları Qızıl Avropa Liqasında
13.12.2023 - 19:44
Azərbaycan yığmaları Qızıl Avropa Liqasında

Voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandalarımız Qızıl Avropa Liqasında iştirak edəcəklər. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüb. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparırlar.

Reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət milli komandamız və 26-cı yerdə olan kişilərdən ibarət yığmamız 2024-cü ildə (17 may - 16 iyun) keçiriləcək Qızıl Avropa Liqasında çıxış edəcəklər. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin milli komandası mübarizə aparacaq. Yeni reqlamentə əsasən bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar dördlər finalına yüksələcəklər. 

Qeyd edək ki, qadınların yarışında dördlər finalının ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələki ev sahibi bəlli deyil. 
Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.
Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.
 

0