Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
28.05.2026 - 13:34
Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Apasport.az xəbər verir ki, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.

Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.

Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.