Azərbaycanlı hakim “Qalatasaray”ın oyununda
29.11.2023 - 17:44
Azərbaycanlı hakim “Qalatasaray”ın oyununda

Beynəlxalq dərəcəli voleybol hakimlərimiz növbəti təyinat alıblar.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. Təmsilçimiz A qrupunda yer alan “Ziraat Bank ANKARA” (Türkiyə) və “Grupa Azoty KĘDZIERZYN-KOŹLE” (Polşa) komandalarının matçında birinci hakim olacaq. Qarşılaşma bu gün saat 21:00-da başlayacaq.

Həmyerlimiz Fuad Ağayev bu gün CEV kubokunun 1/8 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Serbiyanın “Zeleznicar LAJKOVAC” və İtaliyanın “Reale Mutua Fenera CHIERI’76” klublarının qarşılaşmasında ikinci hakim olacaq. 

Noyabrın 30-da isə Zaur Hacıyev qadın voleybolçular arasında Çelenc kubokunun 1/8 final mərhələsində “Qalatasaray Daikin ISTANBUL” (Türkiyə) – “VC WIESBADEN”(Almaniya) qarşılaşmasında birinci hakim olacaq.

0