Azərbaycanlı hakimə yeni təyinat
14.12.2023 - 11:51
Azərbaycanlı hakimə yeni təyinat

Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ağayev bu gün CEV  kubokunda 1/8 final mərhələsinin matçını idarə edəcək. O, kişi  voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “CEZ KARLOVARSKO” klublarının qarşılaşmasında birinci hakim olacaq.
 

0