Azərbaycanlı mütəxəssis Avroliqa oyunlarına təyinat alıb
05.06.2025 - 14:51
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) Avroliqa oyunlarına təyinat alıb.
Apasport.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında Avropa Gümüş Liqasının ikinci turunda iştirak edəcək.
O, iyunun 6-8-də Gürcüstanda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Lüksemburq və Latviya komandaları mübarizə aparacaqlar.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0