Azərbaycanda daha bir idmançı ailəsi qurulub.
Apasport.az saytının məlumatına görə, voleybol yığmamızın üzvləri evlənib.
Qadın voleybolçulardan ibarət millinin və “Azərreyl”in blokçusu Anastasiya Mertsalova ilə kişilərdən ibarət yığmanın və “Xarıbülbül”un hücumçusu Aqil Ağazadə ailə həyatı qurublar. Voleybolçular artıq münasibətlərini rəsmiləşdirərək nikah da bağlayıblar.
Anastasiya bu il ailə həyatı quran ilk voleybolçu deyil. Bir müddət əvvəl Polina Rəhimova Türkiyə vətəndaşı ilə evlənib.
Mertsalova ilə Ağazadə Azərbaycanın ilk voleybol ailəsi də deyil. Yığmalarımızın üzvləri Şəfaqət və Elmin Alışanovlar da ailə həyatı qurub.
Qeyd edək ki, ölkəmizdə Aynur Sofiyeva və Yunis Hüseynov, Esmira və Yaşar Vahabzadələr kimi məşhur idmançı ailələri var.



- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq