"Azərreyl" "Abşeron"dan qisasını aldı
16.02.2023 - 22:17
"Azərreyl" "Abşeron"dan qisasını aldı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk görüşü “Abşeron” və “Azərreyl” komandaları arasında baş tutub. Turnir cədvəlinin lideri  “Azərreyl” matçdan qalib ayrılıb. 2-ci dövrədə “Abşeron” klubuna 0:3 hesabı ilə məğlub olmuş Eldar Yusubovun komandası bu matçda qələbəyə sevinib. “Azərreyl” 3:1 (25:16, 25:21, 18:25, 25:22) hesabı ilə “Abşeron”u məğlub edərək aktivinə daha 3 xal  yazdırıb. 

Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin komandası turu qələbə ilə başa vurub.

Beləliklə, VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 13 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

VIII tur
“Abşeron” – Azərreyl” 1:3 (16:25, 21:25, 25:18, 22:25)
UNEC – “ Murov” 0:3 (18:25, 8:25, 10:25)

0